İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib. Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb. Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır: “Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə […]

İran şahının oğlu etirazçılara səsləndi: şəhər mərkəzlərini tutun!

1979-cu ildə devrilmiş İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi şənbə günü iranlıları daha məqsədyönlü etiraz aksiyalarına çağırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilib ki, o, şəhər mərkəzlərinin ələ keçirilməsi və nəzarətdə saxlanılmasını əsas hədəf kimi göstərib. “Bizim məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ […]

Yol polisindən sürücülərə çağırış

Dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir. Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ötən gün saat 21 radələrində Neftçala rayon […]

Arzu Əliyeva və Alena Əliyeva Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər. Əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik […]

Xocalı Soyqırımı Memorial Kompleksinin inşası başa çatır

2026-cı ildə Xocalı Soyqırımı Memorial Kompleksinin tikinti işlərinin başa çatdırılması planlaşdırılır.  Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Bununla yanaşı, Xankəndi şəhərində Zəfər Muzeyinin yerləşəcəyi binada bərpa və yenidənqurma işlərinin yekunlaşdırılması, eyni zamanda muzeyin elmi-konseptual əsaslara söykənən daimi ekspozisiyasının formalaşdırılması da nəzərdə tutulur. Bu ekspozisiya Azərbaycanın zəfər tarixini […]

ETX: “Telegram” və “WhatsApp” hesabları ilə bağlı araşdırmalar davam etdirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir. Bu barədə ETX məlumat yayıb. Bildirilir ki, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir […]