Azərbaycanda büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntuların nisbəti ciddi dəyişməyib. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, 2025-ci ilin iş planına uyğun olaraq 5 analitik fəaliyyət həyata keçirilib, həmçinin səmərəlilik, maliyyə və uyğunluq auditləri çərçivəsində ümumilikdə 43 […]
Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib
Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılmasına dair təklif irəli sürülüb. Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin aprelin 21-də keçirilən plenar iclasında deyib. Çıxışında sözügedən ölkələrin parlamentlərinin Azərbaycanla bağlı qərəzli qətnamələrini pisləyən E.Mirzəbəyli qeyd edib ki, həmin sənədlər nə hüquqi əsaslara, nə də regiondakı real […]
Deputatlar 8 vacib məsələnin müzakirəsinə BAŞLADILAR
Milli Məclisin növbəti plenar iclası keçirilir. Parlamentin plenar iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın […]
Azərbaycanda martda əlilliyə görə pensiya alanların sayı 249 mini ötüb
Bu ilin mart ayında Azərbaycanda əlilliyə görə 249 251 nəfər şəxs pensiya alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb Məlumata görə, 226 266 nəfər aylıq müavinət, 92 947 nəfər isə Prezident təqaüdü alıb.
Azərbaycan nefti 6 dollar bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,02 ABŞ dolları və ya 5,8 % artaraq 110,51 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 105,96 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək
Azərbaycandan Ermənistana dizel göndəriləcək.Bu gün Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı ixrac olunacaq.
Yaponiya xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb
Yaponiya onilliklər ərzində müdafiə ixracı qaydalarının ən böyük islahatını həyata keçirərək xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd olunur ki, yeni qərar hərbi gəmilərin, raketlərin və digər silah növlərinin ixracına yol açır. Dəyişikliklər milli müdafiə sənayesinin gücləndirilməsinə yönəlib və Tokionun uzun illər ölkənin […]
Bakıda 18 istiqamətdə tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. […]
Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti […]
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.Bunlar “Skynet” MMC və “Robonet” MMC-lərdir. Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib. Xatırladaq ki, “Skynet” 2023-cü ilin aprel ayında, “Robonet” MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb. Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub. Qeyd edək ki, […]