Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.Türkan həmkarı Rüfət Axundovdan danışıb. Türkan deyib ki, Rüfət məclislərin birində onun üçün dava edib: “Rüfətin belə olmağına baxmayın, çox cəsarətlidir. Toyda elə dava etdi ki, inana bilməzdim, məni arxa qapıdan göndərdilər. Sataşmamışdılar. Toyda ifa edirdik, bir adam getdi-gəldi mahnı dedi, sonra xanım müğənnilərə […]
Bakının yollarında tıxac müşahidə edilir – SİYAHI
Bakının bir çox yollarında tıxac müşahidə edilir.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Yusif Səfərov […]
Günün qoroskopu: Realist olun
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirikBu günün nəfəsi sanki gülümsəyən bir səhər kimi içimizə dolur. Hava özündə bir yüngüllük, bir yumşaqlıq daşıyır, sanki kainat bizə nəvazişlə toxunur. Göy üzündəki ulduzlar bu gün başqa cür pıçıldayır: bəzi talelər qapı döyəcək, bəziləri […]
Kamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edilib
Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə […]
Azərbaycanda elektrik közərmə lampaları ilə bağlı qadağa qüvvəyə minib
Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik […]
AQTA sədri Oğuzda vətəndaşları qəbul edəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Oğuz Olimpiya İdman Kompleksində mayın 15-i saat 10:00-da Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron […]
Azərbaycanın Yaxın Şərq siyasəti – uğurlu diplomatiyanın nəticəsi – ŞƏRH
Yaxın Şərq mədəniyyətlərin, dinlərin, ilk dövlətin və s. mərkəzidir. Bu üstünlükləri ilə yanaşı dünyanın təbii sərvətləri ilə ən zəngin bölgəsidir. Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi regiondur. Bu bölgədə türklər, ərəblər, farslar, yəhudilərlə yanaşı çoxlu etnosun nümayəndələri yaşayır. Yaxın Şərqin əhalisinin 400 milyona yaxını müsəlman, 20 milyonu xristian, 7 […]
Ermənistanda polis əməkdaşları tərəfindən döyülən şəxslə bağlı Baş Prokurorluğa müraciət edilib
Ermənistanda vəkil Ara Qaragözyan müdafiə etdiyi şəxsin Armavirdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.Bu barədə Ermənistan KİV məlumat yayıb. Vəkilin sözlərinə görə, polislər həmin şəxsə evində zor tətbiq edib, bundan sonra onu məntəqəyə aparıblar və ağzını lentlə bağlayaraq döyməyə davam ediblər. Bunu təsdiqləmək üçün o, sosial şəbəkədə video və fotolar yerləşdirib. […]
Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb
Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb. Altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub. Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
MM qəyyumluq və himayəçilik orqanlarının razılığına dair qərarın bir iş günü ərzində EHİS-ə daxil edilməsini son oxunuşda qəbul edib
Milli Məclis qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi haqqında dəyişikliyi son oxunuşda təsdiqləyib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında Ailə və Mülki Məcəllələrdə, “Yaşayış yeri və olduğu yer üzrə […]