İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb. Bu barədə “Al Arabiya” telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. “İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb”, […]
İlham Əliyev: Azərbaycan, Türkmənistan və Özbəkistan mühüm geostrateji mövqeyə malikdir
Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir.Bu fikri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə səsləndirib. “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Ermənistan-Azərbaycan sərhədində zəlzələ
Ermənistan-Azərbaycan sərhədində 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələ saat 15:03-də Noyemberyan şəhərindən 19 kilometr cənubda, yerin 10 km dərinliyin qeydə alınıb.
Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü nəzərdə tutulmur. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “NBC News” telekanalına bildirib. “Putin Zelenski ilə sammit gündəliyi hazır olduqda görüşməyə hazırdır, lakin bu gündəlik ümumiyyətlə hazır deyil”, – o qeyd edib. S.Lavrovun sözlərinə görə, ABŞ prezidenti […]
Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı Özbəkistanla əməkdaşlıq təklif edib
Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib. Bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib. Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın […]
Prezident: Xankəndi tikiş fabriki Qarabağa qardaş özbək xalqından çox böyük hədiyyədir
Xankəndi tikiş fabriki dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib. “Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikində hazırda iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi […]
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib – SİYAHI
Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə DMX-nin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Əsədullayev Madar İsmayıl oğlu – polkovnik-leytenant Seyfullayev Elşən Baxış oğlu – polkovnik-leytenant Təhməzov İrafət Ağasəf oğlu – polkovnik-leytenant “İgidliyə […]
Xersonun atəşə tutulması nəticəsində bir nəfər həlak olub, 20-dən çox yaralı var
Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir nəfər həlak olub, daha 21 nəfər yaralanıb. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Yaralılar arasında üç polis əməkdaşı və bir tibb işçisinin olduğu bildirilir. “Hücum nəticəsində 61 yaşlı kişi həlak olub. 18-77 yaş arası doqquz nəfər yaralanıb. Həmçinin 23 […]
Tədrisi digər dildə olan VI siniflərdə “Azərbaycan tarixi” fənni dövlət dilində tədris olunacaq
2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də “Azərbaycan tarixi” fənni dövlət dilində – Azərbaycan dilində tədris olunacaq. Bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub. Qeyd edək ki, ötən tədris ilində bu tələb sırf V siniflərə şamil edilib.
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub. ***Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.