Pərviz Şahbazovun Goranboyda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Pərviz Şahbazovun aprelin 17-də Goranboyda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul aprelin 24-də saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili […]

Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək

UEFA Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək. Almaniyada “Frayburq” İspaniyanın “Selta” klubunu sınağa çəkəcək. Portuqaliyanın “Portu” kollektivi İngiltərə təmsilçisi “Nottinqem Forest”lə qarşılaşacaq. İtaliyada isə “Bolonya” və İngiltərənin “Aston Villa” klubları münasibətlərinə aydınlıq gətirəcəklər. UEFA Avropa Liqası 1/4 final mərhələsi, ilk oyunlar 9 aprel 23:00. “Portu” […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti […]

Yevlaxın bir hissəsində qaz kəsiləcək

Sabah Yexlax rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsi məlumat yayıb. Məlumata görə, saat 10:00-dan İdarə qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələri üçgedişli kranla əvəz edəcək və bununla bağlı “Yeni […]

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin […]

Rayonlarda yağıntı intensivləşəcək, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 9-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, […]

ABŞ ilə İran arasında atəşkəs – “ölüm” şüarı, sanksiyaların ləğvinin başlanğıcı – ŞƏRH

İran və ABŞ-İsrail arasında ikihəftəlik atəşkəs elan olunub. Bu rejim Pakistanın Baş naziri Şahbaz Şərifin çağırışı və vasitəçiliyi ilə reallaşır. O, aprelin 10-da tərəflər arasında danışıqların İslamabadda keçirilməsini də təklif edib.Görüşdə ABŞ-nin 15, İranın 10 maddəlik təkliflərinin müzakirə olunacağı gözlənilir. Ağ Evin İslam Respublikasından tələbləri təxminən aşağıdakılar sayılır: -Nüvə proqramının […]

Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb

O bu barədə “X” sosial media hesabında yayıb. “28 fevraldan bəri bölgəmizi alov meydanına çevirən müharibədə dünən gecə elan olunan atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Mümkün təxribat və sabotajlara fürsət verilmədən atəşkəsin tam şəkildə həyata keçirilməsini arzulayırıq. Başda dost və qardaş Pakistan olmaqla, atəşkəsin əldə olunması prosesinə töhfə verən bütün tərəfləri səmimi-qəlbdən […]

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədriAzərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Müşahidə Şurasının üzvləri:Maliyyə nazirinin müavini Səhiyyə nazirinin müavini Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Səhiyyə […]