Bakı-Şuşa reyslərinin sayı artırıldı

alfonsonri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 25 may 2022-ci il saat 11:00-da satışa çıxarılacaq. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı […]

Azərbaycanda meymun çiçəyi qeydə alınmayıb – RƏSMİ

alfonsonri

Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir. Bildirilib ki, meymun çiçəyi […]

“PUA-larımız Qarabağda ölüm maşını kimi təqdim edildi” – Ərdoğan

alfonsonri

“Ukraynada uğurlarına görə adına mahnılar bəstələnən PUA-larımız Qarabağ müharibəsində günahsız insanları qətlə yetirən ölüm maşınları kimi təqdim edilirdi”. Dogrusoztv.az Türkiyə KİV-ə  istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu gün Türkiyənin NATO-nun təhlükəsizliyinə töhfələr verdiyini tərifləyənlər dünənə kimi Liviyada və Suriyada atdığımız addımlara görə ölkəmizi sərt […]

İlham Əliyevə təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

alfonsonri

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram. Bu […]

Şuşa Real Məktəbi belə olacaq – VİDEO

alfonsonri

Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin necə görünəcəyi ilə bağlı video paylaşıb.  Həmin görüntünü təqdim edirik: Xatırladaq ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan […]

Türkiyə qırıcıları Bakı səmasında

alfonsonri

Bakıda qırıcı təyyarələrin hazırlıq uçuşu həyata keçirilir. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları – “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edirlər. Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.

Prezident Roma Papasını təbrik edib

alfonsonri

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət […]

Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib

alfonsonri

Rusiyada, Elbrus zirvəsində olan 25 nəfərlə əlaqə itib. “Unikal”ın məlumatına görə, həmin şəxslər Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupuna daxildir. Qeyd olunur ki, onlar Elbrusda qalmış dörd turisti təxliyə etmək üçün zirvəyə qalxıb. Lakin onların gəldiyi helikopter texniki nasazlıqla əlaqədar sıradan çıxıb. Hazırda dağdakı şəxslərlə əlaqənin olmadığı deyilir. Hava şəraiti […]