“Times Higher Education” reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə çatıb

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqləri dərc olunub. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Azərbaycan universitetləri “Times Higher Education”in 2026 fənn reytinqlərində Qeyd olunub ki, 11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin […]

Prezident: Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq

Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır. Bunu […]

Aeroport yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib

Hazırda Aeroport şosesi mərkəz istiqamətində yolun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Sürücülərdən qəzaların baş verməməsi üçün hərəkət zamanı sürət həddinə əməl etmələri və düzgün ara məsafəsi saxlamaları xahiş edilir.

İlham Əliyev: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq böyük şərəfdir

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi mükafatı almağın onun üçün böyük şərəf olduğunu bəyan edib. Prezident Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərə […]

Zelenski: Ukrayna ABŞ ilə sülh planı üzrə danışıqlarda “çıxılmaz vəziyyət” görmür

Ukrayna sülh planı çərçivəsində sazişlərin imzalanması üzrə ABŞ ilə danışıqlarda “çıxılmaz vəziyyət” görmür. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri daim təmasdadır və sənədlər üzərində işi davam etdirirlər. “Hələlik çıxılmaz vəziyyət görmürəm. Sənədlər üzərində iş gedir. Danışıqlara gəlincə, onlar daimi xarakter daşıyır […]

Prezident: Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir

Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, əvvəllər reaksiya verilirdi: “Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz […]

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb. DTX-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar. Daha sonra DTX-nin şəxsi heyəti […]

Azərbaycan Prezidenti Davosda finlandiyalı həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşüb. “Report”un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb. Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi […]

Qurban Qurbanov: “Ayntraxt”la oyun bizim üçün çox vacibdir”

UEFA Çempionlar Liqasındakı növbəti oyun “Qarabağ” üçün çox vacibdir. Bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. […]