Mədəniyyət naziri Adil Kərimli Laçında vətəndaşları qəbul edəcək. Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, qəbul 27 avqust saat 10:00-da Laçın rayonundakı Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçiriləcək. Qəbulda Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları və ya 0,6 % artaraq 93,93 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 89,19 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Sabah yağış yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]
Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ekvadoru Milli Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşılıb. “Ekvador Respublikasının Milli Günü münasibətilə Ekvador xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Ekvador!”, – məlumatda qeyd olunub.
Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb
Rusiya Federasiyası Silahlı Qüvvələri avqustun 10-da Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonunun Buqayevka kəndinin yaşayış massivinə kütləvi artilleriya zərbəsi endirib, nəticədə beş nəfər həlak olub. Bu barədə Xarkov vilayət prokurorluğunun mətbuat xidməti teleqram kanalında məlumat yayıb. Məlumata görə, endirilən zərbə nəticəsində yaşayış evləri dağıdılıb.
İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib
Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.Bu barədə Azərbaycan Prezidentinin rəsmi “X” hesabında paylaşım edilib. “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə […]
Balakəndə ağır qəza – 3 nəfər faciəvi şəkildə öldü
Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb. Hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb. Belə ki, “Hyundai”, “Kia” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var. İlkin məlumata görə, hadisə zamanı “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, “Toyota” […]
Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq
Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bu barədə mərhum şairin ailəsindən məlumat verilib. Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn olunacaq. Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.
Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Xancanov həyatyanə sahədə iş görərkən elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab, Elşən Müslümov […]