Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]
Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayev Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Bakının ən hündür nöqtəsindən […]
Bakı metrosunda 200 metrlik tunelin inşasında ilk mərhələ tamamlanıb
Bakı metrosunda Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb.Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib. O qeyd edib ki, görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında iki […]
ABŞ-la İran arasında atəşkəs razılaşması necə əldə olunub? – “Axios” prosesin gizlinlərini açıqlayıb
İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei iranlı rəsmilərə ABŞ-la razılıq əldə etmək yolunda addım atmağa dair göstəriş verib. Bu barədə anonim İsrail rəsmisi, bir regional və daha bir məlumatlı mənbə “Axios”a danışıblar. Belə ki, Donald Trampın təhdidlərindən sonra atəşkəs elan olunana qədər, hətta ABŞ Prezidentinə yaxın adamlar belə onun son […]
Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
UEFA Avropa Liqasının 1/4 final mərhələsi: “Betis” Portuqaliyada “Braqa”nın qonağı olacaq
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə bu gün start veriləcək. İlk oyun günündə bir matç baş tutacaq. İspaniya təmsilçisi “Betis” Portuqaliyada “Braqa”nın qonağı olacaq. Qarşılaşma “Estadio Municipal de Braga”da, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Xatırladaq ki, raundun digər qarşılaşmaları aprelin 9-da keçiriləcək.
FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib
Aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır və qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verilib. Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən […]
Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib. Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ
Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, […]
Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMəmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant “Vətən […]