Aşıq Əhlimandan ÜZÜCÜ XƏBƏR

Tanınmış aşıq, Aşıq Əhliman 6 gün əvvəl ürəyindən əməliyyat olunub. Bu barədə Sonxeber.az-a onun tələbəsi Elçin məlumat verib. O bildirib ki, Aşıq Əhlimanın vəziyyəti çox ağır olsa da, hazırda stabildir: “Ötən həftənin çərşənbə günü o, “Mərkəzi Klinika”da ürəyindən əməliyyat olunub. Əhliman bəyin vəziyyəti ağır idi. Ürəyində 4 damar dəyişiblər. Düzdür, şükür […]

Ağsuda sələmçi qardaşları bıçaqlayan şəxslərə cinayət işi açılıb

Ağsu rayonunda sələmçi qardaşlar – Zəka və Orxan Fazilzadəni bıçaqlayan şəxslərə cinayət işi açılıb. Bu barədə BiG.AZ-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hadisəyə görə tutulan Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə və Alı Nəcəfliyə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq […]

Baş nazir ictimai iaşə obyektləri ilə bağlı qərar imzaladı

Sabahdan restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti aradan qaldırılır. “Dogrusoztv” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt […]

Prezident Çavuşoğlunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. “DOGRUSOZTV” xəbər verir ki, Türkiyənin xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Vətəninizə xoş gəlmisiniz. Şadam ki, yenə də görüşmək imkanımız oldu. Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı […]

SON DƏQİQƏ! Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldı

Əldə olunan məlumata əsasən, sabahdan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır. AZAL-dan verilən məlumata görə, vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının […]

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən […]

Ötən gün Xudatda məktəblinin intihar etməsi ilə bağlı bəzi detallar məlum olub.

Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə hadisə ilə bağlı bəzi iddialar yayılıb. İddialara görə, M. Vəliyev intihardan əvvəl yazdığı məktubda atasından, müəllimlərdən və direktordan bezdiyini qeyd edib. Həmçinin, şagirdin direktorun onun telefonunu əlindən aldığına görə intihar etdiyi də iddialar sırasındadır. Daha bir məlumata görə isə, şagirdin yaxınları hadisəyə görə direktoru döydüyü […]

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Dogrusoztv.Az xəbər verir ki, BiG.AZ-ın məlumatına görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Qeyd edək ki, 8 mart Qadınlar günüdür. Beləliklə, 6,7 […]

Prezident deputata yüksək vəzifə verdi

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna yeni sədr təyin edib. DOGRUSOZTV.AZ xəbər verir ki, sərəncama əsasən, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub. Dövlət başçısının digər sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad […]