Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

DogruSozTv Az

Azərbaycanda avqustun 19-da 37 dərəcə isti olacaq.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. […]

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

DogruSozTv Az

Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,7 % yox, 3,1 % olacağı gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir. Sənədə əsasən, ümumi iqtisadi artımla bağlı proqnoz 1,7 % […]

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

DogruSozTv Az

Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir.Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib. Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli […]

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

DogruSozTv Az

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev avqustun 28-də Qəbələ rayonunda Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar 18-20 avqust […]

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

DogruSozTv Az

Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür. Hazırda milli sərhəd mühafizəsi ənənələrini qoruyaraq inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə hörmətlə yanaşır, əldə etdiyi nailiyyətlərlə qürur duyur və gələcəyə böyük inamla addımlayır. Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə […]

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

DogruSozTv Az

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,24 ABŞ dolları və ya 1,34 % azalaraq 91,31ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 90,16 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb – YENİLƏNİB

DogruSozTv Az

Fövqəladə Hallar Nazirliyi Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Qurumdan verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından […]

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

DogruSozTv Az

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. […]

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

DogruSozTv Az

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İstintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında […]