Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı

Xaçmaz rayonunda məktəblinin ölümü ilə bağlı araşdırmalar başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi […]

Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı oldu

Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edib.Füzulinin işğaldan azad olunması bir sıra əlamətdar xüsusiyyətlərə malikdir. Çünki bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir […]

Şəhid xanımı yoldaşının ildönümündə qəzaya düşərək öldü – FOTO

Bu gün Şəhid mayor Rəhim Hüseynovun ildönümündə iştirak etmək üçün Bakıdan Zərdab rayonuna gedən həyat yoldaşı Günel Hüseynova yol qəzası nəticəsində dünyasını dəyişib.Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun mayoru Rəhim Qədir oğlu Hüseynovun ildönümüdür. O, 2020-ci il oktyabrın 20-də Qubadlının […]

Məmurlardan hədə-qorxu ilə pul tələb edən jurnalistlər tutuldu

İstifadələrində olan informasiya resurslarından öz maraqları naminə istifadə etməklə qanunsuz gəlir əldə edən vəzifəli şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olmuş məlumat […]

Azərbaycanda baş həkim rüşvət alarkən TUTULDU – GİZLİ ÇƏKİLİŞ

“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Baş Prokurorlqudan Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” […]

Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq (MÜSAHİBƏ)

Trend Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir: – Məhərrəm müəllim, müsahibəmiz ərəfəsində bu gün doğum gününüzün olduğunu öyrəndik. Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfinfən yüksək orden ilə təltif olunmusunuz. Bu münasibətlə Sizi ürəkdən təbrik edirik […]

2 milyona yaxın insanı sevindirəcək SƏRƏNCAM

ƏSAS SƏHİFƏXƏBƏR LENTİ SOSİAL Ana səhifə SOSİAL https://ads.adviad.com/www/images/a0852479463b374af46fc9b83c55bb35/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=4173__zoneid=935__cb=47efd7cb71__campaignid=2095__p1=1634633693__p2=52adc634e3cfc85616e87ddc24f0__p3=2192910650.f053a463cf950283817ec3f0b16e2266630d21b8__oadest=https%3A%2F%2Fnomre.bakcell.com%2F%23%2F%3Futm_content%3DAdviad%26utm_source%3Dlent.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3D099_Campaign_lent.az_mobile18 oktyabr 2021 12:35 (UTC +04:00) 2 milyona yaxın insanı sevindirəcək SƏRƏNCAM Ötən həftə Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqlədi.  […]

Nazir iki rayona yeni rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha iki rayona yeni rəis təyin edib. Lent.az-ın məlumatına görə, nazirin əmri ilə, Qazax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Həmçinin Göyçay rayon Polis Şöbəsinin rəisi, polis polkovniki […]

Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tvitter hesabında paylaşım edib. Trend-in məlumatına görə, paylaşımda deyilir: “30 il bundan öncə, 18 Oktyabr tarixində, Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşən Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edirəm. […]