Milli Məclisin yaz sessiyası çərçivəsində ilk iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası çərçivəsində fevralın 2-də keçiriləcək ilk iclasının gündəliyi açıqlanıb. Gündəliyə aşağıdakı məsələlər daxil edilib: 1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə). 2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə). […]

Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvada səfərdədir

Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo” hava limanına enib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar. Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya […]

Sabah yağış yağacaq – PROQNOZ

Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, […]

Bahar Muradova: Qüvvədə olan “Uşaq hüquqları haqqında” qanun müasir tələblərlə uzlaşmır

Qüvvədə olan “Uşaq hüquqları haqqında” qanun müasir tələblərlə uzlaşmır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib. O qeyd edib ki, bu səbəbdən, müvafiq standartlara və müasir sosial […]

Ölkədə bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq

Bəzi informasiya mənbələrinin açıqlanması yalnız yazılı razılıqla mümkün olacaq. Bununla bağlı Azərbaycanda yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək, “Media haqqında” qanuna dəyişiklik təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti […]

Azərbaycanda çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyənləşir

Çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyən olunur. Bununla bağlı yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək “Sosial xidmət haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına […]

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir. Bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının […]

Anar Rzayev: “Bu il yeni metro stansiyası istifadəyə veriləcək”

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib. Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat […]

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi […]

Qala qəsəbəsinin bəzi ərazilərində qaz olmayacaq

Xəzər rayonu, Qala qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 28.01.2026-cı il saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivinin qaz təchizatı müvəqqəti dayandırılacaq.