Cəbrayıl rayonunda Böyük Qayıdış proqramı çərçivəsində bərpası davam edən Soltanlı kəndində tikinti işləri yekun mərhələyə yaxınlaşır. Horovlu və Şükürbəyli kəndlərindən sonra Soltanlı kəndi rayon üzrə sakinlərin qayıdışına hazırlanan üçüncü yaşayış məntəqəsidir. Aprel döyüşlərindən sonra yenidən qurulan Cocuq Mərcanlı da nəzərə alınmaqla, bu, Cəbrayılda bərpa edilərək əhalinin qayıdışına hazırlanan dördüncü kənddir. […]
Qədim şəhərlər niyə yerin altında tikilib – Maraqlı SƏBƏB
Qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntıları ziyarət edənlərin diqqətini iki məqam xüsusilə cəlb edir. Birincisi, antik dövrə aid binaların əksəriyyəti torpağın dərin qatlarında yerləşir. İkincisi isə onların çoxundan yalnız divarların təməl hissəsi və ya bir neçə cərgə daş və kərpic qalıb. Bir çoxları bunu şəhərlərin müharibələr zamanı dağıdılıb sonradan külək […]
FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb. FHN-in müraciətində bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmamasının acı nəticələndiyi təəssüflə bildirilib. “Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx […]
Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Telefon danışığı zamanı Türkiyə-Özbəkistan münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini […]
“Space TV”nin bank hesablarına həbs qoyuldu
“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib. İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 […]
Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya qəbul, eləcə də fəlsəfə doktoru səviyyəsində xarici dil imtahanlarının nəticələrini elan edib. DİM tərəfindən iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin […]
Milli Məclisin deputatı İranda səfərdədir
Milli Məclisin deputatı Ceyhun Məmmədov İran İslam Respublikasının Ərdəbil şəhərində səfərdədir. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Xəbərə görə, deputat səfər çərçivəsində 25-26 iyul tarixlərində “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə günü” və “Ərdəbil Həftəsi” münasibətilə keçiriləcək tədbirlərdə və bir sıra görüşlərdə iştirak edəcək.
Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
Azərbaycanda bu ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub. Bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub. Bildirilib ki, cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış […]
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. ƏƏSMN-dən verilən məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb. Bildirilib ki, bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, […]
Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
Rusiya ordusunun Ukraynada müdafiə təyinatlı məhsulların sərgiləndiyi poliqona endirdiyi zərbə nəticəsində ölənlər və dağıntılar olduğu bildirilir. Bu barədə müdafiə təyinatlı məhsullar istehsal edən First Contact şirkətinin təsisçisi və hərbçi Valeri Borovik Apostrof TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, zərbə silah sərgisinin keçirildiyi poliqona endirilib. “Təəssüf ki, həlak olanlar və dağıntılar […]