İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, azad edilmiş ərazilərdə gördükləri mənzərə ibrət götürülməli vəziyyətdir: “Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz […]
Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir – Hikmət Hacıyev (ƏLAVƏ OLUNUB) (VİDEO)
2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub. Doğrusöztv.Az bildirir ki, Trend TV-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, o […]
Diplomatik korpus nümayəndələri Cocuq Mərcanlıda səfərdədir
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlıya gəliblər. Doğrusöztv.Az bildirir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələri Cocuq Mərcanlıda vəziyyətlə tanış olacaqlar. Daha sonra diplomatlar Cəbrayıl şəhərinə yola düşəcəklər.
Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində dağıntılarla tanış olublar (FOTO)
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərinə gəliblər. Doğrusöztv.Az bildirir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələri Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olublar. Bundan sonra diplomatik korpus nümayəndələri Xudafərin körpüsü istiqamətində yola düşəcəklər.
Cəbrayılın müharibədən nə qədər əziyyət çəkdiyini görürük – Britaniya səfiri
Cəbrayılın müharibədən nə qədər əziyyət çəkdiyini görürük. Doğrusöztv.Az bildirir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri diplomatik korpus nümayəndələrinin Cəbrayıl şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: “Azərbaycanın müharibə sonra bərpa etdiyi ərazilərə ilk səfərimdir və buradakı vəziyyətlə tanış oluram”. Böyük Britaniyanın şirkətlərinin işğaldan azad edilmiş […]
10 il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək – Naqif Həmzəyev
Milli maraqlar və strateji planlamanın vəhdəti, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi, milli prioritetlərin mütləq üstünlüyü. Bütün bunlar ölkə başçısı İlham Əliyevin növbəti 10 il üçün təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramda öz əksini tapıb. Doğrusöztv.Az bildirir ki, […]
Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək – RƏSMİ
İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli – Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək: “Yeni trassa üzrə […]
Prezident İlham Əliyev: Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq
Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir. Dəyən ziyanın […]
Prezident İlham Əliyev: Vətəndaşlara müraciət etmək istəyirəm ki, azad olunmuş torpaqlara icazəsiz getməsinlər
Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Azad edilmiş torpaqlarda son günlərdə […]
Prezident İlham Əliyev Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib (FOTO/VİDEO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib: Siz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Azad edilmiş torpaqların minalardan təmizlənməsi işi […]