Azərbaycan XİN Monqolustanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monqolustanı təbrik edib. Nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Monqolustan Hökumətini və xalqını Milli Bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik! Dost Monqolustan xalqına davamlı sülh, firavanlıq və rifah arzulayırıq”, – paylaşımda qeyd olunub.

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. Bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan “Windward” şirkətinə istinadən “İnterfaks” məlumat yayıb. Məlumata görə, cəmi bir neçə gün əvvəl boğazdan 18-22 gəmi keçirdisə, son 12 saat ərzində altı gəmi müşahidə edilib. Eyni zamanda, şirkət […]

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

11 iyul 1939-cu ildə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçmək haqqında qanun qəbul edib. Kiril qrafikalı əlifbaya keçid 1 yanvar 1940-cı ildə gerçəkləşib. Bəs, iyulun 11-Bizim.Mediadə daha hansı hadisələr baş verib? 1. 1740-cı ilin 11 iyul tarixindә Ukrayna әrazisindә yaşayan […]

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib. Ali Məhkəmədən verilən məlumata görə, o, bu barədə Azərbaycana səfəri zamanı Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdə bildirib. Həmçinin görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etdiyni vurğulayıb. Görüş […]

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 11-13-də fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Bakının Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və […]

Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir

Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın “Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu” mövzusunda yüksək səviyyəli dialoqunda onlayn formatda çıxış edərkən deyib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan parlamenti rəqəmsal innovasiyalar üçün hüquqi bazanın möhkəmləndirilməsi və eyni zamanda hüquqi müəyyənliyin […]

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət – ŞƏRH

2026-cı ilin 7-8 iyul tarixləri arasında Türkiyənin Ankara şəhərində NATO-nun zirvə görüşü keçirilib. Bu görüşü digərlərindən fərqləndirən sammitin birlik mesajlarının artıq sadəcə kağız üzərində qaldığını, alyansın dərinliklərində fikir ayrılıqlarının olduğunu üzə çıxarmasıdır.Ankarada keçirilən görüşlərdə üzv dövlətlərin nümayəndələri müxtəlif bəyanatlar səsləndirib, gələcəyə dair fikir bildirsələr də, əslində, pərdə arxasında gərginliklər və […]

Kəlbəcərdə mina partlayışı olub

Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb. Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr əvvəllər də baş verib.