Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin […]

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Azərbaycanda mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz […]

Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır

Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışında deyib. Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil: “Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər […]

“E-Hüquqşünas” məlumat portalı təqdim edilib

Hüquq və İnsan Haqları İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində ərsəyə gətirdiyi yeni elektron platformanı – www.e-huquqshunas.az saytı ictimaiyyətə təqdim edib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər […]

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroda işgüzar səfərdədir. Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament […]

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

2012-ci ilin bu günündə unikal memarlıq nümunəsi- “Baku Crystal Hall” istifadəyə verilib. “Eurovision-2012” mahnı müsabiqəsi burada keçirilib. “Baku Crystal Hall” “ALPINE Bau Deutschland AG” şirkəti tərəfindən tikilib. Əsasən yığma metal konstruksiyadan istifadə olunmaqla tikilən bina Bakının ən güclü küləyinə belə davamlıdır. Bəs, mayın 7-də daha hansı hadisələr baş verib? 1. […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı […]

Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun Türkiyəyə keçid təklifini qəbul etməyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib. Bu barədə Azərbaycanın “AZfront” teleqram kanalı yazıb. Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə […]

Tramp Hörmüz boğazının açılması şərtlərini açıqlayıb

Əgər İran əldə edilmiş razılaşmalara əməl etməyə razılaşsa, “Epik qəzəb” əməliyyatı başa çatacaq, həmçinin Hörmüz boğazının blokadası aradan qaldırılacaq. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” yazıb. “İranın əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirməyə razılaşacağı fərz edək. O zaman “Epik qəzəb” sona çatacaq və Hörmüz boğazının blokadası İran da daxil […]

I sinfə şagird qəbulu başlayıb

Bu gün 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan […]