Yaxın iki həftə ərzində ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər edə bilərlər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, bu səfər onun bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla keçirilən görüşünün nəticələrindən biri olacaq. Əgər səfər baş tutarsa, bu, […]
Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakının Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində aidiyyəti qurumun aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi melumat yayıb. Məlumata görə, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşana qədər 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf […]
Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 30-da 39 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]
Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 şəxs Azərbaycana geri qəbul edilib. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 şəxs Azərbaycana geri qəbul […]
“Politico”: Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müharibədə qələbə qazana biləcəyinə ABŞ-ni inandıra bildiyini bəyan edib. Bu barədə “Politico” məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Zelenski Vaşinqtonu yüksək əhvali-ruhiyyədə tərk edib. ABŞ Senatının Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini təsdiqləməsi Ukrayna […]
Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
Bakıda Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində “The Judicial Crafting: Executive Judicial Training Programme” (“Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı”) adlı beynəlxalq təlim keçirilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri iştirak ediblər. Təlim Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq […]
Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
[center][img]https://azadmedia.az/uploads/posts/2026-07/1785305497_screenshot-2026-07-29-100935.png[/img][/center]Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.
Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
Azərbaycanın 4 yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında bu gün medallar uğrunda görüşlərə çıxacaqlar. Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq. Abdurrahman Hüseynli (51 kq) də həlledici görüşdə çıxış edəcək. Onun finaldakı rəqibi Bunyod Hasanov (Özbəkistan) olacaq. Ötən gün yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) bürünc medal […]
Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bİldirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış […]
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib. 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni – 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N. Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin […]