Ukrayna, Polşa və Litva prezidentləri Volodimir Zelenski, Karol Navrotski və Gitanas Nauseda yanvarın 25-də Vilnüsdə Ukraynada sülh şərtlərini müzakirə etmək üçün görüşəcəklər. Bunu Polşa Prezidentinin sözçüsü Rafal Leşkeviç deyib. Məlumata görə, Zelenski və Navrotski Litva Prezidenti Nauseda ilə birlikdə Vilnüsdə Yanvar üsyanının 163-cü ildönümünə həsr olunmuş tədbirə qatılacaq, mühüm siyasi […]
Sahibə Qafarova: İspaniya ilə turizm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
Azərbaycan və İspaniya arasında ikitərəfli əlaqələrin genişlənməsi üçün dialoqlar davam edir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias ilə brifinqdə deyib. O, Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinin Qarabağda onilliklərlə davam etmiş münaqişənin sülh müqaviləsi ilə nəticələnməsinə gətirib çıxaracağına ümid […]
Rəsmi Bakı: Azərbaycan İranda sabitliyə önəm verir
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub. Nazir müavini V.Cəlalzadə İranda son gərginlik […]
İlham Əliyevin Davos səfəri: Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi – ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı, keçirdiyi görüşlər ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından mühüm mərhələ sayılır.Dünyanın aparıcı və inkişaf etmiş dövlətlərinin siyasi və iqtisadi elitasının görüşdüyü bu platformada Azərbaycanın artıq neçənci dəfə dəvət edilməsi və iştirak rəsmi Bakının yalnız regional aktor kimi deyil, beynəlxalq gündəmin formalaşmasında söz […]
Şənbə günü hava yağmursuz olacaq – PROQNOZ
Azərbaycanda yanvarın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-10 […]
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, ölkədə […]
Azərbaycanın qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycanın qarüstü polo üzrə “Land of Fire” komandası İsveçrənin Sankt-Moritz şəhərində təşkil olunan 41-ci Dünya Kubokunda mübarizə aparacaq. Yarışda ümumilikdə 6 komanda – “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” mübarizə aparacaq. “Land of Fire” turnirdəki ilk oyununu bu gün, Bakı vaxtı ilə saat 15:15-də ev […]
MN korpusunun sabiq maliyyə xidmət rəisi barədə qərar verilib
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, cinayət işində bir epizod üzrə cəlb etmə müddəti keçdiyi […]
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda fəaliyyət göstərən bankların 2026-cı ildə də əvvəlki iki ildə olduğu kimi dayanıqlılığını qoruyacağı gözlənilir. Bu barədə “S&P Global Ratings” reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, region üzrə orta kreditləşmə artımının 15–20% intervalında qalması, aktivlərin keyfiyyətinin sabitliyi, həmçinin gəlirlilik və kapital səviyyələrinin adekvat olması […]
İsveç səfirliyi: NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir
NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir. Bu barədə İsveç səfirliyi NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfəri barədə paylaşımında bildirib. “21 – 22 yanvar 2026-cı il tarixlərində NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib. O, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası […]