Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

Astana Beynəlxalq Sərgi Mərkəzində RES2026 regional ekoloji sammit çərçivəsində Azərbaycanın milli pavilyonu açılıb.“Report”un Qazaxıstan bürosu xəbər verir ki, ekspozisiya ölkənin dayanıqlı inkişaf sahəsində prioritetlərini, o cümlədən “yaşıl enerji”nin inkişafı üzrə layihələri və ekoloji texnologiyaların tətbiqini nümayiş etdirir. Pavilyonda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə təşəbbüslər təqdim olunub. Pavilyon həm […]

“Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə edilib – YENİLƏNİB

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə olunub. *** Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi […]

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından […]

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 14:07-də qeydə alınıb. “3,3 maqnitudalı yeraltı təkan 5 km dərinlikdə qeydə alınıb”, – məlumatda vurğulanıb.