Bakıda 18 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb – SİYAHI

DogruSozTv Az

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 […]

Pakistanın Bakıdakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

DogruSozTv Az

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanda 27 sentyabr – Anım Günü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.Paylaşımda deyilir: “Azərbaycanlı qardaş və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Biz Qarabağın azad edilməsində göstərdikləri şücaətə görə əbədi olaraq yaddaşlarda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik”.

Sarkozini 5 il həbsə məhkum edən hakimə qarşı təhdidlər araşdırılır

DogruSozTv Az

Fransada məhkəmə işçilərinin həmkarlar ittifaqı keçmiş prezident Nikola Sarkoziyə qarşı hökmün çıxarılmasından sonra sosial şəbəkələrdə hakimin təhdid edilməsi ilə bağlı prokurorluğa şikayət verib. Bu barədə BFMTV telekanalı məlumat yayıb. Şikayətdən sonra iki araşdırma başlanıb, iş İnternetdə nifrətlə mübarizə üzrə Milli İdarəyə göndərilib. Qeyd olunur ki, dövlət vəzifələrində çalışan şəxsləri ölümlə […]

Türkiyə Prezidenti: Qarabağ sonsuzadək Azərbaycandır

DogruSozTv Az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Dostumuz, qardaşımız, Can Azərbaycanımızın Anım Günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm. Qarabağ sonsuzadək Azərbaycandır!”

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib

DogruSozTv Az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.Əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub. Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri […]

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib

DogruSozTv Az

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. İkinci Şəhidlər xiyabanı bundan sonra Hərbi Memorial Məzarlıq adlanacaq. Qeyd edək ki, Hərbi Memorial Məzarlıqda Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçular, Vətənə xidmətdə xüsusi fərqlənən generallar, zabitlər uyuyur.

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

DogruSozTv Az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, […]

Türkiyə XİN Anım Günü münasibətilə paylaşım edib

DogruSozTv Az

Türkiyə Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “27 sentyabr – Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçmiş Azərbaycanın qəhrəman övladlarının xatirəsini rəhmətlə yad edirik. Davamlı sülhün təmin edilməsi üçün atılan tarixi addımların bu fədakarlıqların mirası kimi bölgəmizdə sabitlik və rifahı təmin edəcəyinə inanırıq. […]

Azərbaycan XİN 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb

DogruSozTv Az

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb. Bəyanatda deyilir: “Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür. Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi […]