Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi – hərbi böhran İranı qonşularla da sınadı – ŞƏRH

İranın nüvə proqramı ətrafında yaranmış gərginlik bu il fevralın 28-də ABŞ və İsrail tərəfindən İslam Respublikasına kütləvi hava zərbələrinin endirilməsi ilə nəticələndi. Təbii ki, yaxın qonşuluqda baş verən hadisələr Azərbaycanın da narahatlığına səbəb oldu. Rəsmi Bakı prosesi diqqətlə izlədiyini bildirdi və narahatlığını ifadə etdi.Hərbi gərginliyin ilk günündə Azərbaycan Xarici İşlər […]

Çanaqqalada məktəbliləri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var

Türkiyənin Çanaqqala əyaləti Ayvacıq rayonunun Güzəlyalı kəndində məktəbliləri daşıyan mikroavtobusun aşması nəticəsində səkkiz nəfər yaralanıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, mikroavtobus yük maşını ilə toqquşması nəticəsində aşıb. Xəsarət alanlar Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanası və Çanaqqala Onsəkkiz Mart Universiteti Xəstəxanasına yerləşdirilib.

Bəzi ərazilərdə külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 27-si gündüzdən 29-dək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Gəncə, Quba, Qobustan, Mingəçevir, Xaçmaz, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Kəlbəcər, Laçın, Zəngilan, Şəmkir, Samux, Yevlax, Salyan, […]

Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur

Azərbaycanda martın 27-də havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim şimal-qərb küləyi arabir […]

MM sədri: Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sahibə Qafarova çıxışında ilk olaraq, Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. Milli Məclisin sədri çıxışında Azərbaycan və Çin münasibətlərinə dair […]

Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram […]

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

Bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur. Qeyd […]

Azərbaycan neftinin qiyməti 114 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,3 ABŞ dolları və ya 2 % azalaraq 113,7 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 109,58 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Azəriqaz İB” Sumqayıt QİS-dən bildirilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci məhəllə, 26-cı məhəllə, Təzə kotec və Köhnə kotec qəsəbələrinin qaz təchizatını təmin edən orta təzyiqli, PE-250 mm-lik qaz kəmərində sızma aşkarlanıb. Qeyd […]

Türkiyə İran və ABŞ arasında mesajların çatdırılmasına vasitəçilik edir

Türkiyə İran və ABŞ arasında gərginliyin azaldılması və birbaşa danışıqların təşviqi üçün mesajların ötürülməsində vasitəçi rol oynayır. “Reuters“ xəbər verir ki, bunu Türkiyə hakim partiyasının xarici əlaqələr üzrə sədr müavini Harun Armağan bildirib. O, mesajların məzmunu barədə ətraflı açıqlama verməyib, lakin qeyd edib ki, bu mesajlar Körfəz ölkələrinə də çatdırılır. […]