İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə […]

Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə […]

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

[center][img]https://azadmedia.az/uploads/posts/2026-05/1778300620_screenshot-2026-05-09-082034.png[/img][/center]Bu gün Azərbaycanda 9 May – faşizm üzərində qələbənin ildönümüdür.Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib. Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı […]

Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib – DTX araşdıracaq

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun təsdiq edilib. Dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin […]

İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib

İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Sumqayıt ilə əməkdaşlıq imkanlarını müzakirə edib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qonağa şəhərin tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi kimi regionun […]

Ərdoğan: Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib

Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “SAHA 2026” sərgisinin bağlanış mərasimində deyib. O bildirib ki, SAHA 2026-da 200-dən çox yeni silah ilk dəfə nümayiş etdirilib: “Bundan çox məmnunuq. Məqsədimiz Türkiyə tam olaraq müdafiə sənayesi sahəsində bütün hər bir avadanlığı istehsal etməsidir. Bu istiqamətdə […]

Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin yazın sonu, yayın əvvəlində ölkəyə səfər edə biləcəklərini deyib. Bu barədə Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerovun mayın 7-də Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirdiyi görüşlər barədə məruzəsinin yekunları üzrə sosial şəbəkələrdə məlumat yayıb və danışıqların məzmunlu olduğunu qeyd edib. […]

Milli Məclisin növbəti iclası mayın 12-də keçiriləcək, 8 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub. Parlamentin mayın 12-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı. 2. “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 3. […]