Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə […]
Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib
Avqustun 5-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində “Novaya poçta” şirkətinin çeşidləmə mərkəzi məhv edilib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Novaya poçta”nın məlumatına görə, zərbə nəticəsində 3 nəfər ölüb. Şirkətdən bildirilib ki, hücum kasetli döyüş sursatlarından istifadə edilməklə həyata keçirilib. Hazırda mütəxəssislər zərbənin nəticələrini qiymətləndirirlər.
Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib.Qurumdan verilən məlumata görə, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub. Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə […]
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar var. “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Ağcabədi yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsndə qeydə alınıb. “VAZ-2107” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü, həmçinin bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. […]
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,05 ABŞ dolları və ya 5,22 % azalaraq 91,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,96 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
UEFA Çempionlar Liqası: “Sabah” Danimarkada “Orhus”la qarşılaşacaq
“Sabah” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada “Orhus”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda start götürəcək. Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı onu İrəvana səfərə dəvət edib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Qazaxıstan Prezidenti Ermənistanın Baş nazirinin dəvətini qəbul edib. Tokayev Paşinyanı yenidən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Öz növbəsində, Ermənistanın Baş naziri Qazaxıstan Prezidentinə […]
Romada İsrail-Livan görüşü – “Hizbullah” da HƏMAS-ın aqibətini yaşayacaq – ŞƏRH
İtaliyanın paytaxtı Romada İsraillə Livan arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqlar aparılır. Avqustun 6-dək davam edəcək danışıqlarda tərəflər Livanın cənubunda İsrailin qoşunlarının yenidən yerləşdirilməsini və quru sərhədi ilə bağlı mübahisəli məsələlərin həllini müzakirə edirlər. Bu baxımdan İsrail qoşunlarının Livan ərazisindən çıxarılması üçün “pilot zonalar”ın sayının artırılması, sülh, təhlükəsizlik və sabitlik haqqında […]
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Azərbaycanda çimərlik mövsümü ilə bağlı dəniz sahillərinə üz tutan insanların sayının artması fonunda suda boğulma halları narahatlıq doğuran səviyyəyə çatıb. Builki mövsüm başlayandan – yəni, iyunun 15-dən qeyri-çimərlik ərazilərində 40 nəfərin meyiti aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu cür hadisələr faciə olmaqla yanaşı, ölkənin turizm imicinə mənfi təsir göstərən amildir. Təhlükəsizliklə bağlı […]
Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə elan olunub. Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək; yaradıcı və […]