Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. Bu barədə XİN-in “X” hesabında bildirilib. Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır. “Bu, qarşılıqlı hörmət və […]
WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq
WUF13-lə bağlı yaradılacaq “yaşıl zolaqlar”a daxil olmaq qayda pozuntusu hesab olunacaq. Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib. O qeyd edib ki, yeni tətbiq olunan “yaşıl zolaq” adlanan avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət […]
WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb
Son statistikaya əsasən 176 ölkədən 26 mindən çox iştirakçı artıq WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçib və bu miqyas bizim üçün ciddi məsuliyyətdir. Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib. O qeyd edib ki, belə bir tədbirin […]
“EFES – 2026”: Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər
Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Türkiyədə keçirilən “EFES – 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər. “İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir”, – […]
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 08:45-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,7, zəlzələ ocağının dərinliyi isə 19 kilometr olub.
UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir
UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. Yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası bu gün İngiltərədə “Arsenal”ın qonağı olacaq. Qarşılaşma “Emireyts” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk görüşdə qalib müəyyənləşməyib – 1:1 Xatırladaq ki, digər finalçı mayın 6-da bəlli olacaq. “Bavariya” Almaniyada Fransanın PSJ kollektivi ilə münasibətlərə […]
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb.Həmin paylaşımı təqdim edirik:
ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir
Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir. Bu barədə ISNA məlumat yayıb. “Paytaxtda əhalinin artımı, tikinti və şəhərin inkişafı səbəbindən resurslar və istehlak arasında ciddi disbalans yaranıb”, – məlumatda bildirilib. Qeyd olunub ki, dayanıqlı su təchizatını təmin etmək üçün Tehranın ildə 280 mm yağıntıya ehtiyacı var: “Tehranda 36 min qanunsuz abonent […]
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb. Paylaşımı təqdim edirik: