Ermənilər Kəlbəcərin girişindəki “Xoş gəlmisizin” yazısı olan məlumat lövhəsini söküblər. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan “Facebook” səhifəsində foto paylaşıb. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sənədə görə, 25 noyabrda erməni tərəf işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycana təhvil verəcək.
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır – Putin
Rusiya Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə böyük səylər göstərir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici səfirlərlə görüşü zamanı deyib. O bildirib ki, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda daha da çox qan tökülməsinin qarşısı alındı: “Hazırda rusiyalı sülhməramlılar atəşkəs rejiminə əməl olunmasına nəzarəti həyata keçirir, dinc […]
Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur – Lavrov
Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur: “Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, […]
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır – Çavuşoğlu
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatla atəşkəsin bərpa olunduğunu xatırladan nazir bu sənədi dəstəklədiklərini deyib: “Birincisi, Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu razılaşma […]
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir: “192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə – vəzifəli şəxslər […]
Şuşa şəhərinin havadan videogörüntüsü
Şuşa şəhərinin havadan videogörüntüsü yayılıb. Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən videogörüntünü təqdim edir:
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Nazirlər Kabineti 455 № li Qərarına dair izah verib. Doğrusöztv.Az-ın məlumatına görə, Kabinetdən Trend-ə bildirilib ki, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən […]
Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? – Şərh
Ermənistan dövlətinin Dağlıq Qarabağ cəbhəsindəki məğlubiyyəti, yəni onun hərbi tənəzzülü ölkədəki digər sahələrə də ciddi şəkildə təsir edib. Təbii, mənfi anlamda. Diqqət edin, bədnam qonşularımızın hökümətində köhnə nazirlərdən demək olar ki, kimsə qalmayıb. Ya özləri istefaya gedib, ya da istefaya məcbur edilib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı […]
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib. Doğrusöztv.Az bildirir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın […]
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələri, o cümlədən Şuşa şəhərinin işğaldan azad olunması, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu münasibətlə vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə […]