Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur. Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda anadan olub. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri […]
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. Bu barədə Babiş “Facebook”da yazıb. “Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim”, – o yazıb. Babiş qeyd edib ki, yanvar […]
Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun “Ulduz” stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatana qədər qüvvədə olacaq. “Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşsınlar, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun […]
Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB
Qəbələdə aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı – Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar, xanımlar və cənablar. Sizi səmimiyyətlə salamlayıram. Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim […]
Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb. Məzahir Pənahov yenidən MSK sədri seçilib. Məzahir Pənahov ona göstərilən etimada görə, komissiya üzvlərinə təşəkkür edib. İclasda Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl […]
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub
Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimi keçirilib.Bu çərçivədə keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər. Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin […]
Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz
Ali Məhkəmənin Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib. Bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17 500 […]
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib. Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər.
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Çexiyanın milli enerji operatoru ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir.Bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edən Çexiyanın Baş naziri deyib: “Bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək, […]