Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb

Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur. Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Azərbaycanda məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sisteminin yaradılması təklif edilir

Azərbaycanda məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sistemi və enerji miksinə günəş, külək və ya hidroenerjinin inteqrasiyasını dəstəkləyən tənzimləyici mexanizmlər yaradılmalıdır. Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib. “AmCham”ın ekspertləri rəqəmsal infrastruktur üçün fasiləsiz enerji təchizatını təmin edən və bərpa olunan enerji mənbələrindən istifadəyə […]

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti […]

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub. ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan-ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək […]

Azərbaycanda rəqəmsal bacarıqları ölçən milli sistemin yaradılması təklif edilir

Azərbaycanda rəqəmsal bacarıqlar üzrə milli sertifikatlaşdırma sistemi yaradılmalıdır. Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib. Hesabatda vurğulanıb ki, o, “DigComp”, “ICDL”, “Microsoft” və “Cisco” kimi beynəlxalq çərçivələrə uyğunlaşdırılmalı, başlanğıcdan irəli səviyyəyə qədər mərhələləri əhatə etməlidir: “Bununla yanaşı, dövlət qulluqçuları, müəllimlər, KOB-lar və mühəndislər […]

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, […]

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,46 ABŞ dolları və ya 0,63 % artaraq 73,35 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 72,71 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

DYP həftəsonu yollarda vəziyyətlə bağlı müraciət edib

“Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur”. Bu barədə […]

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir? Modern.az-ın Qaradağ Rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib. Xatırladaq ki, icra başçısı vəzifəsindən […]

Premyer Liqa: Bu gün lider “Sabah” “Zirə” ilə üz-üzə gələcək

Misli Premyer Liqasının XVIII turunda bu gün lider “Sabah” “Zirə” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq oyun turun mərkəzi görüşü hesab olunur. Bakı klublarının dueli saat 17:00-da başlayacaq. Günün ilk qarşılaşması isə Yevlaxda təşkil olunacaq. Ötən tur “Qarabağ” üzərində inamlı qələbə qazanan “Kəpəz” bu dəfə Yevlax şəhər […]