“Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir”. Bu, Bakı Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub. Bildirilib ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin […]
Tramp: İran razılaşmaya hazırdır, ABŞ isə tələsmir
Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə can atır. Lakin ABŞ razılaşmaya nail olmağa tələsmir. Bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib. “İranla bağlı çox yaxşı danışıqlar apardıq. İran razılaşma əldə etməyə çox can atır. Bu razılaşmanın nədən ibarət olduğunu da görəcəyik. Keçən […]
“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib
Prezident İlham Əliyev 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal dəyəri 1 milyon manat olmalıdır. Bundan […]
İki milli park haqqında Əsasnamə təsdiqlənib
Axar-Baxar Milli Parkı haqqında Əsasnamə təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla, həmçinin İlisu Milli Parkı haqqında da Əsasnamə təsdiq edilib. Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Həcc ziyarətinə vizaların verilməsi başlayır
Fevralın 8-də Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2026-cı il Həcc mövsümü (hicri təqvimi ilə 1447) üçün vizaların verilməsinin başlayacağını elan edib. Vizaların verilməsinin belə erkən başlanması Krallığın 2030-cu il Vizyonuna uyğun olaraq xidmət hazırlığını artırmaq və zəvvarların rahatlığını ayinlərdən təxminən dörd ay əvvəl təmin etmək üçün hazırlanmış sürətləndirilmiş proqramın […]
Yüzillik cinayətlərin hökmü: xam xülyadan reallığa – ŞƏRH
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə müxtəlif cinayətlərin törədilməsində iştirak etmiş şəxslər barəsində ötən gün, fevralın 5-də Bakı Hərbi Məhkəməsində hökm oxunub. Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər məhkum edilib.Ötən […]
Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 […]
Şura: “İdrak” liseyindəki insidentlə bağlı jurnalistlərin şagirddən açıqlama alma üsulları yolverilməzdir
“İdrak” liseyində baş vermiş insidentlə bağlı media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Bu barədə Mətbuat Şurasının media mənsublarına ünvanladığı çağırışda qeyd olunub. Qeyd edilib ki, bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir. Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, […]
Azərbaycan Premyer Liqasında çıxış edən üç bölgə klubu cərimələnib
Misli Premyer Liqasında çıxış edən “Karvan-Yevlax”, “Kəpəz” və “Turan Tovuz” klubları cərimələnib. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. 30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68); 31 […]
Bakı və İrəvan qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib
Ermənistan və Azərbaycan malların siyahısının mübadiləsini həyata keçirib, iş adamlarından cavab gözlənilir. Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə bildirib. Nazir xatırladıb ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq Ermənistan bazarında mövcuddur, lakin Azərbaycan bazarında Ermənistan malları yoxdur. “Tərəflər qarşılıqlı tədarük üçün mal siyahılarını mübadilə və müzakirə ediblər. […]