Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər: Media və Yayım Şurasının sədriİsmayılov Əhməd Məhəmməd oğlu Media və Yayım Şurasının üzvləriAbdullayev Məhəmməd İzzət oğlu Bəşirli Aynur Əliövsət qızı […]
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 9-da 28 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]
“Mançester Yunayted” – “Sabah” matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq. Əvvəlki 11 matçın hamısında “Qarabağ” iştirak edib. 10 görüşdə rəqiblərinə uduzan “köhlən atlar” yalnız bir dəfə heç-heçəyə nail olub. İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu […]
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovaya təbrik məktubu göndərib.Məktubda deyilir: “Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Xoş ənənələr üzərində qurulan Azərbaycan-Şimali Makedoniya dövlətlərarası əlaqələrinin və tərəfdaşlığının […]
ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirilib. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” adlı panel sessiyada deyib. Onun sözlərinə […]
Tanınmış generala ağır itki
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Anar İsmayılova ağır itki üz verib. A.İsmayılovun atası Müslüm İsmayılov vəfat edib. Allah rəhmət eləsin!
İki kollecdə yeni – Təyinat
İki kollecdə yeni təyinat olub. Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA-da “Təlim və tədrisin təşkili metodikası” […]
UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
UEFA Çempionlar Liqasında əsas mərhələyə bu gün start veriləcək. İlk oyun günündə 6 matç keçiriləcək. Günün mərkəzi qarşılaşması İspaniyada baş tutacaq. “Real” doğma azarkeşlər önündə İtaliyanın “İnter” komandası ilə üz-üzə gələcək. UEFA Çempionlar Liqası Liqa mərhələsi I tur 8 sentyabr 20:45. AEK (Yunanıstan) – LASK (Avstriya) 20:45. “Brügge” (Belçika) – […]
Azərbaycan neftinin qiyməti 107 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98 % artaraq 107,31 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 106,51 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. 1-ci […]