Arzu Əliyeva və Alena Əliyeva Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər. Əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik […]

Xocalı Soyqırımı Memorial Kompleksinin inşası başa çatır

2026-cı ildə Xocalı Soyqırımı Memorial Kompleksinin tikinti işlərinin başa çatdırılması planlaşdırılır.  Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Bununla yanaşı, Xankəndi şəhərində Zəfər Muzeyinin yerləşəcəyi binada bərpa və yenidənqurma işlərinin yekunlaşdırılması, eyni zamanda muzeyin elmi-konseptual əsaslara söykənən daimi ekspozisiyasının formalaşdırılması da nəzərdə tutulur. Bu ekspozisiya Azərbaycanın zəfər tarixini […]

ETX: “Telegram” və “WhatsApp” hesabları ilə bağlı araşdırmalar davam etdirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir. Bu barədə ETX məlumat yayıb. Bildirilir ki, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir […]

“Qalatasaray” – “Fənərbağça” oyununun başlama saatı dəyişdirilib

“Qalatasaray” və “Fənərbağça” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Qeyd edək ki, daha əvvəl matçın saat 21:30-da başlanması nəzərdə tutulub.

BP dünyada ilk dəfə “Xankəndi” gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

“BP-Azerbaijan” şirkəti gələn həftə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Dərinsulu Günəşli” sahəsində bir sıra quyularda sualtı əməliyyatlara başlayacaq. Bu barədə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris sosial şəbəkədə yazıb. O qeyd edib ki, “Xankəndi” sualtı tikinti gəmisi tam yenidən təchiz edilib və artıq […]

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 10-da güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, […]