Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında ABŞ-nin İrandakı əməliyyatı məsələsinə dair telefon danışığı yaxın vaxtda planlaşdırılmır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. “Xeyr, hələlik Trampla danışıq planlaşdırılmır, prezidentin qrafikində belə tədbirlər yer almır”, – Peskov jurnalistlərə deyib.
Sabah yağış yağacaq – PROQNOZ
Azərbaycanda martın 4-də bəzi yerlərdə hava yağıntılı keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz […]
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dan Yorgensen dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası […]
Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi üçün yeni mexanizm hazırlana bilər
Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi üçün yeni mexanizm hazırlana bilər. Bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib. Onun sözlərinə görə, yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının […]
Parlamentdə Ombudsmanın illik məruzəsi müzakirə edilir
Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir. Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqədar atılmış addımlar və növbəti dövr üçün Ombudsmanın təklifləri yer alıb. Təqdimatdan sonra deputatlar məruzəni müzakirə edəcəklər.
İranın dövlət teleradio şirkətinin binası hava zərbələrinə məruz qalıb
ABŞ və İsrail qüvvələri gecə və səhər saatlarında Tehranda İranın dövlət teleradio şirkətinin (IRIB) binasına zərbə endiriblər. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 77,82 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Azərbaycan Kubokunda 1/4 finalın cavab matçlarına start verilir
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Günün yeganə matçında “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da başlayacaq. Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmayıb. Azərbaycan Kuboku 1/4 final, cavab oyunu 3 mart 19:00. “Zirə” – “Sumqayıt” İlk […]
Bakıda doqquz istiqamət üzrə nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Ziya Bünyadov […]