Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro […]
Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla bu günə planlaşdırılmış telefon danışığını ləğv edib. Qərar Trampın regional seçkilərdə ultra sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının uğurunu açıq şəkildə alqışlamasından bir neçə saat sonra qəbul edilib. Mertsin nümayəndəsi telefon danışığının ləğv səbəbini açıqlamaqdan imtina etsə də, bunun kanslerin iş qrafikindəki […]
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi – Foto
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi faktı təsdiqləyib. “Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və […]
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideynlər övladlarını mygov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan başlayaraq sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər. Qeyd edək ki, yeni […]
Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı – ŞƏRH
Avropa İttifaqı Ədalət Məhkəməsi (CJEU) Belçikanın ifrat sağçı sayılan Flamand Marağı Partiyasının immiqrantlarla bağlı “IKEA Planı”nın adını qadağan edib. Bildirilib ki, partiya 2022-ci ildə immiqrasiyanın azaldılması planına İsveç mebel şirkətinin abreviaturunun adını verib. IKEA adlı bu şirkət ticarət nişanından partiyanın reklam kampaniyasında istifadəsi ilə bağlı məhkəməyə müraciət edib. Ötən gün […]
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təcili enişə səbəb təyyarənin mühərrikində yaranan nasazlıq səbəb olub. Gürcüstandan qalxdıqdan sonra mühərrikində yaranan nasazlıq səbəbindən Rize vilayətinin Pazar rayonu sahillərində dənizə təcili eniş edən kiçik təyyarədə olan 2 nəfər xilas edilib.
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb. Mətndə deyilir: “Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il […]
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uzaqgörən və […]
Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
Bulvarın bəlli ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində deyib. Onun sözlərinə görə, dünyada hazırda sürətli ekoloji dəyişçiklər baş verir. “Bu dünyanın hər bir yerind, o cümlədən regionumuzda baş verir. Bunun ən bairz nümunəsi xəzər dənizidir. […]
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində […]