Azərbaycanın 4 yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında bu gün medallar uğrunda görüşlərə çıxacaqlar. Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq. Abdurrahman Hüseynli (51 kq) də həlledici görüşdə çıxış edəcək. Onun finaldakı rəqibi Bunyod Hasanov (Özbəkistan) olacaq. Ötən gün yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) bürünc medal […]
Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bİldirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış […]
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib. 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni – 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N. Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin […]
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Ağdamın Mərzili, Füzulinin Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Qeyd olunub ki, ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir. Hazırda yanğınların […]
Sahibə Qafarova Efiopiyada səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib. Bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar. Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər […]
Aİ, yoxsa Aİİ? – Putin Paşinyanı seçim qarşısında qoydu – ŞƏRH
İyul ayının 27-si Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə baş tutan telefon danışığına ikitərəfli təmas yox, Moskva və İrəvan arasında dərinləşən böhran prizmasından baxmaq lazımdır. Diqqət etmək lazımdır ki, Ermənistanda keçirilən parlament seçkilərindən ay yarımdan çox vaxt keçsə də, Putin hələ ki Paşinyanı seçkidə qələbə qazanması münasibətilə […]
Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır
İsrail İranın enerji infrastrukturuna zərbə endirməyi planlaşdırır, lakin ABŞ hələlik bu planı dəstəkləmir. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz açıqlama verib. Nazirin sözlərinə görə, Vaşinqton hesab edir ki, belə bir hücum Tehranın regiondakı hədəflərə cavab zərbələri endirməsinə səbəb ola bilər. “ABŞ narahatdır ki, İranın cavab addımları regionda gərginliyi daha […]
Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin iyulun 16-dək bu vəzifəyə təyin edilmişdi. Elxan […]
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, […]
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Rusiya Prezidenti Vladimir Putin iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər. Faydalı əməkdaşlığın daha da […]