Sabah Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək. Bununla bağlı parlamentin spikeri Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib. Sədr iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib. Xatırladaq ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Buna görə də […]

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, […]

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını […]

Prezident: 2027-ci ildə İƏT sammitinin Azərbaycanda keçirilməsi – böyük məsuliyyətdir

2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinin Azərbaycanda keçirilməsi ölkə üçün böyük məsuliyyətdir. Bu fikirləri Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. Prezidentin sözlərinə görə, Azərbaycan həmişə müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin lehinə […]

Vüsal Nəsirli Şuşada vətəndaşları qəbul edəcək

İyulun 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Şuşada bu şəhərin, eləcə də, Xankəndi şəhərinin, Xocalı və Ağdərə rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə AAYDA  məlumat yayıb. Vətəndaşlar 14-16 iyulda Agentliyə rəsmi şəkildə info@aayda.gov.az elektron ünvanı və yaxud poçt vasitəsilə müraciət edərək, həmçinin (012) 599-79-75 […]

İlham Əliyev: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avrokomissiya ilə münasibətləri yaxşılaşmağa başladı

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Cozep Borrellin rəhbərliyi dövründə Azərbaycanla bu qurum arasındakı münasibətlər, demək olar, tam uçuruma gedib. Bu fikirləri Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində […]

Bakı və Abşeronda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

İyulun 13-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib. Bununla əlaqədar saat 09:30-dan 15:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində […]

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub. Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı10 bina inşa edilib. Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi […]

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi […]