Paşinyan Prezident İlham Əliyevin qarşısında acizliyini etiraf etdi (ƏLAVƏ OLUNUB)

Sentyabrın 27-də atəşkəsin imzalanması ətraf yeddi rayonun Azərbaycana verilməsini nəzərdə tuturdu və biz buna gedə bilməzdik. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı deyib. O əlavə edib: “Biz buna gedə bilməzdik, çünki inanırdıq ki, atəşkəsin pozulmasında maraqlı olan tərəfin bizim olmadığımızı […]

Azərbaycan qalibdir və qoy bu, Ermənistana dərs olsun – Çavuşoğlu

Öz ərazilərini erməni işğalından azad edən Azərbaycan qalibdir və qoy bu, Ermənistana dərs olsun. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, hər kəsə məlum olduğu kimi müharibəni Ermənistan başlayıb: “Öz əməllərinin bədəlini ödəmək vaxtı gəldi və Ermənistan bunun bədəlini ödədi”.

Baş Prokuror BMT-nin Ali komissarına Ermənistanın cinayətləri barədə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb. Doğrusöztv.Az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib. Baş Prokuror bildirib ki, Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının, eləcə də BMT-nin Konvensiyalarının müddəalarının kobud şəkildə pozularaq Ermənistanın […]

Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər – Peskov

Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, amma bu ayrı razılaşmaların mövzusudur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən bildirib ki, həqiqətən də Azərbaycan ərazilərində atəşkəsə nəzarət mərkəzinin yaradılmasından söhbət gedib: “Bu, […]

Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti ilə bağlı sazişin imzalanması gözlənilir

Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti ilə bağlı sazişin imzalanması gözlənilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti və monitorinqi ilə əlaqədar saziş razılaşmasının imzalanması gözlənilir.

Prezident İlham Əliyev: Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır

Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib. Dövlət başçısı bildirib: “Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. […]

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalına son qoyulur

Azərbaycan torpaqlarının işğalına son qoyulur. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib. Dövlət başçısı bildirib: “Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son […]

Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirib ki, günün qaranlıq vaxtında həmin helikopter […]

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər. Doğrusöztv.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dedi: -Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu. Prezident İlham Əliyev: Axşamınız xeyir, Vladimir Vladimiroviç. Prezident Vladimir Putin: Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin […]

Prezident İlham Əliyev Ağdam, Kəlbəcər və Laçın bölgələrinin geri qaytarılacağını elan etdi

Prezident İlham Əliyev Ağdam, Kəlbəcər və Laçın bölgələrinin geri qaytarılacağını elan edib. Doğrusöztv.Az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib. “Ağdam – 20 noyabr, Kəlbəcər – 15 noyabr, Laçın – 1 dekabr tarixinə qədər Azərbaycana qaytarılır” – deyə Prezident İlham Əliyev qeyd edib.