Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Bu gün rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən və II mərhələdə iştirak etmək hüququ olan namizədlərin qeydiyyatı başlayır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd olunub ki, ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) “məqbul” nəticə əldə etmiş namizədlər də rezidenturaya […]

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.151 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan […]

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək. Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib. Bəyanatda qeyd edilib ki, insan və narkotiklərin qanunsuz dövriyyəsi daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər […]

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb. Ölkədə ilk dəfə motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və […]

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib. Almaniyanın Kansleri Fridrix Merts dövlət başçısını qarşıladı. Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verdi. Azərbaycan Respublikasının və Almaniya Federativ […]

Rusiya “Naftoqaz”ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Rusiya qoşunları son günlər ərzində Xarkov vilayətində “Ukrayna Naftoqaz” qrupunun qaz hasilatı obyektlərinə zərbələr endirib, nəticədə avadanlıqların bir hissəsi istismardan çıxarılıb. Bu barədə “Ukrayna Naftoqaz” qrupundan bildirilib. Şirkətin məlumatına görə, iyulun 19-da hasilat obyektlərindən biri zərbəyə məruz qalıb, bundan sonra yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Avadanlığın zədələnməsi səbəbindən […]

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü davam edir.Təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq. Almaniya kansleri Fridrix Merts ilə görüşdə isə “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanması nəzərdə tutulur.

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 22-də havanın 38 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil […]

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.