Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti – Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, cinayət işi avqustun 24-də başlanıb. İş üzrə ittihamlar yalnız keçmiş prezidentlərlə məhdudlaşmır. İttiham olunan şəxslər arasında Robert Köçəryanın […]
Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək
“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol […]
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
Bu axşam saat 20:45-də “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə “Bakı Metropoliteni” məlumat yayıb. Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat […]
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib. Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir. Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib
Rusiya ordusu Ukraynanın Moldova ilə sərhəddə yerləşən keçid məntəqəsinə zərbə endirib. “Ukrainskaya Pravda“nın xəbərinə görə, sərhəd-keçid məntəqəsi dronla hədəfə alınıb. Hadisədən sonra sərhəd-keçid məntəqəsi bağlanıb. İnsan tələfatının olub-olmaması ilə bağlı məlumat verilməyib.
Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir
Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət […]
Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Yaxın günlərdə nəşr olunacaq […]
Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
Bu il iyulun 7-dən start verilən 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi my.gov.az portalı vasitəsilə həyata keçirilib və 44 mindən çox uşaq bağçalara qəbul olub. Bunu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı məlumat verib. O bildirib […]
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib. “Report”un əldə etdiyi məlumata görə, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub. Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib. Eyni zamanda, Aparat rəhbərinin […]