Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları və ya 0,83 % azalaraq 79,76 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 75,39 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində Ziya Öztürkler Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Bakıda yalnız 3 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq […]

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən aşağıdakı şəxslər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif ediliblər: “Tərəqqi” medalı ilə Abdullayev Həbib Fərhad oğlu Ağakərimov Akif Ağakərim oğlu Ağayeva Aynurə Ərəstun qızı Allahverdiyeva Rəvanə Çingiz qızı Bəylərova Təranə Yunus qızı Cabbarov Vilayət Hidayət oğlu Əhmədova […]

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü […]

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

[center][img]https://azadmedia.az/uploads/posts/2026-06/1782216934_screenshot-2026-06-23-161221.png[/img][/center]Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti slovakiyalı həmkarı Maroş Jilinkanın dəvəti ilə 22-23 iyun tarixlərində Bratislava şəhərinə rəsmi səfər edib.Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, Slovakiya Baş Prokurorluğunda keçirilmiş görüşdə Maroş Jilinka qeyd edib ki, Azərbaycanın hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi onlar üçün prioritet […]

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

ABŞ və İran arasında aparılan sülh danışıqlarında mühüm irəliləyiş əldə olunub. “Reuters“ xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəsi Əli Bəhreyni bildirib. O, Tehranın dondurulmuş aktivlərinin ABŞ məhsullarının alınmasına yönəldiləcəyi barədə Vaşinqtonun iddialarını təkzib edib. “Dünən texniki səviyyədə aparılan danışıqlar çox yaxşı keçib. Yaxın günlərdə İrana […]

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi. Məhz […]