Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri nəzərdə tutulur. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib. Tenderdə iştirak haqqı 1 000 manatdır. İddiaçılar təkliflərini sentyabrın 18-nə qədər Xidmətə təqdim edə bilərlər. Təkliflərə sentyabrın 18-də, saat 12:00-da […]
Ukraynada hədəfə alınan Azərbaycan – Kremlin təhdid siyasətinin davamı – ŞƏRH
Vaşinqtonda dünya liderlərinin sülh müzakirələri apardığı gündə Rusiya Ukrayna ərazisini bombaladı. Bu addımı ilə də bir daha göstərdi ki, onun üçün heç bir beynəlxalq anlaşma və yaxud razılıq mövcud deyil. Önəmli olan həm də odur ki, Rusiyanın Ukraynadakı hədəfləri arasında Azərbaycana məxsus enerji obyekti də olub. Bu, son on gündə […]
Rezidenturaya qəbul olunan namizədlərin qeydiyyatının vaxtı açıqlanıb
Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin avqustun 21-də saat 11:00-da elektron qeydiyyat prosesinə start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi […]
Azərbaycanda “Qaz təchizatı haqqında” qanun qüvvəyə minib
Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib. Yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının […]
İranlı nazir: Ermənistanla Araz üzərindən ikinci keçid məntəqəsinin inşası barədə razılığa gəldik
İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəlib. Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq İrəvanda “Tasnim” agentliyinə bildirib. Onun sözlərinə görə, tərəflər həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər. Bu addımlar yük daşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin […]
Bəzi bölgələrdə külək güclənəcək
Azərbaycanın bəzi bölgələrində avqustun 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək
İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib. Söhbət zamanı dövlət başçısı ilə Cared Kohenin bu ilin yanvarında Davosda görüşü məmnunluqla xatırlanıb. Ölkə ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd […]
Bu il universitetlərə müsabiqədən kənar qəbul olunanların sayı açıqlanıb
Bu il 208 nəfər müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, onlardan iki nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan […]
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür. […]
Bakının bəzi ərazilərində qaz olmayacaq
Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani […]