Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya […]
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib. Dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid […]
“Haber Global” II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb
Türkiyənin “Haber Global” telekanalı Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb. Yenixeber.org xəbər verir ki, videomaterialda tədbirdə iki ölkədən yüksək səviyyəli rəsmilərin iştirak etdikləri qeyd olunub. Bildirilib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iki ölkə arasındakı investisiya əməkdaşlığını inkişaf etdirməyi və ortaq layihələri təşviq etməyi hədəfləyən forumda mühüm […]
Prezident: “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır
“Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib ki, bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və […]
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması […]
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib. Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən […]
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb. Bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası dekabrın 26-da keçiriləcək.
İsrail Maliyyə Nazirliyi: İranla yeni müharibə ölkə iqtisadiyyatı üçün ciddi nəticələrə yol aça bilər
İsrailin Maliyyə Nazirliyinin yüksək vəzifəli rəsmiləri İranla mümkün yeni hərbi kampaniyanın ölkə iqtisadiyyatı üçün ciddi nəticələrə yol aça biləcəyindən dərin narahatlıq ifadə ediblər. Bu barədə İsrailin “YnetGlobal” portalı məlumat yayıb. Rəsmilərin sözlərinə görə, belə bir ssenari ölkə tarixində ən uzunmüddətli müharibənin yaşandığı iki ildən sonra ardıcıl üçüncü il ağrılı büdcə […]
Azərbaycanla Oman diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Azərbaycanla Oman diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanun layihəsi səsverməyə […]
Nazir müavini: Qarabağ və Şərqi Zəngəzurda geniş əməkdaşlıq imkanları var
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanları var və birgə investisiya layihələrinin reallaşdırılması üçün böyük potensiala malikdir. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib. O bildirib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və […]