Qax rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə yol kənarına aşan “Hyundai”da olan iki nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi […]
Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır – ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun seçkilərindəki qələbədən sonra Rusiyaya yaxın oliqarxların iqtisadi təsirini zəiflətməyə çalışan xətti əsas götürüb. Bunun üçün isə başda Qaqik Tsarukyanın biznes imperiyası olmaqla, Rusiyanın Ermənistandakı iqtisadi və strateji mövqeləri ilə, xüsusən də dəmir yolu və hərbi baza (Gümrüdəki 102-ci bazadan söhbət edir) məsələlərini yenidən […]
Culfaya yeni icra başçısı təyin edilib
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, N.Cahidzadə bundan əvvəl, 2024-cü il fevralın 21-dən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Sabah 39 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 […]
Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyinat alıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Şahbuzda zəlzələ olub
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Dərinliyi 7 km, maqnitudası 3 olan təkanlar hiss olunub.
UEFA Çempionlar Liqası: “Sabah”ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
“Sabah”ı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Orhus”la (Danimarka) səfər matçında 70-ə yaxın azarkeş dəstəkləyəcək. Bu barədə klubun mətbuat katibi Elnur Həmidov məlumat verib. O, əlavə edib ki, dünən çarter reysi ilə Danimarkaya yollanan komandanın heyətində hər hansı itki yoxdur. Qeyd edək ki, “Orhus” – “Sabah” matçı sabah, Bakı vaxtı […]
Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnazio Kassis ilə görüşüb. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. Görüş zamanı Azərbaycan–İsveçrə ikitərəfli münasibətlərinin gündəliyi, regional və beynəlxalq proseslər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin […]
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
Avqustun 2-si 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib. […]