Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. […]

Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanılıb

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.Sənədi Baş nazir Əli Əsədov, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıb. Baş Kollektiv Saziş Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək […]

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclasında təmsil olunub

Mayın 12-14-də Azərbaycan nümayəndə heyəti Maltada keçirilmiş BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında iştirak edib. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. İclasda davamlı və dayanıqlı turizmin təşviqi məqsədilə 2027-ci ilin “Beynəlxalq Dayanıqlı Turizm İli” elan olunması ilə bağlı fikir mübadiləsi aparılıb. İclas çərçivəsində BMT-Turizmin Baş katibi Şeyxa Nasir […]

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Prezident İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılsın. Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət […]

Bu axşam Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

Bu axşam “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Avstriyanın paytaxtı Vyanadakı  “Wiener Stadthalle” arenasında baş tutacaq yarımfinalda 15 ölkənin nümayəndələri mübarizə aparacaq. Azərbaycanı “Avroviziya-2026”da təmsil edən müğənni JIVA (Cəmilə Həşimova) “Just Go» adlı mahnı ifa edəcək. Bu axşam iştirakçıların çıxış sırası belədir: Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Ermənistan, İsveçrə, Kipr, […]

Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır

Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan ədəbi dilinin saflığının qorunması, cəmiyyətdə bununla bağlı məlumatlılığın artırılması məqsədilə “Redaktor” adlı televiziya layihəsi həyata keçiriləcək. Layihə üzrə konkret nümunələr əsasında Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasına dair məlumat veriləcək. Bununla yanaşı, indiyədək […]

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Prezident İlham Əliyev Paraqvay Prezidenti Santyaqo Penyanı təbrik edib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, […]

WUF13 iştirakçıları üçün “Koroğlu” – Bakı Olimpiya Stadionu istiqamətində xüsusi avtobus fəaliyyətə başlayıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionuna gediş-gəlişi təmin etmək məqsədilə “Koroğlu” Nəqliyyat Qovşağı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Qeyd edilib ki, bu gün saat 06:00-dan etibarən WUF13 tədbiri ilə əlaqədar xüsusi K1 servis avtobusu 24/7 rejimində “Koroğlu” Nəqliyyat Qovşağı ilə […]

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Bu barədə “Report”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir. Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib. Rəsmi mərasimdən sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın […]