Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Palmali Holding”in sahibi Mübariz Mənsimov həbs edilib. AZXEBER.COM xəbər verir ki, bu haqda məlumatı Türkiyənin ən məşhur KİV-lərindən olan “Sabah” yayıb. Mətbuatda yayımlanan xəbərə görə, Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur.
Bu gündən ölkədə xüsusi rejim tətbiq olunacaq – Nələr olmaz? +VİDEO
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının […]
“Azəriqaz” da xidmətləri məhdudlaşdırır
Məlum olduğu kimi, Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə […]
İzolyasiya qaydalarını pozan obyektlər bağlandı – Nazirlikdən AÇIQLAMA
Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınmış, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilmiş, eləcə də həmin […]
14:29 2020-03-14 HADİSƏ Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib. Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, […]
Zakir Həsənov əmr verdi – Düşmən təxribatlarının qarşısının dərhal alınması barədə
Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib. Unikal.org-un xəbərinə görə, nazir martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib. Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədi ilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, […]
Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir… Koronavirusdan da böyük TƏHLÜKƏ!
Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir. Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli […]
İçərişəhərdəki muzeylər bağlandı
İçərişəhərdə yerləşən muzeylərin fəaliyyəti bu gündən etibarən dayandırılıb. Doğrusöztv.Az-ın Unikal.org-a istinadən verdiyi xəbərinə görə, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat yayıb. .Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən və “İçərişəhər” Dövlət Tarixi memarlıq […]
PARLAMENTIN ŞÖBƏ MÜDIRI IŞDƏN AZAD OLUNDU – FOTO
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov işdən çıxarılıb. Doğrusöztv.az “Report”a istinadən məlumat verir ki, 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı N.Səfərov qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentdəki vəzifəsindən azad edilib.
İLHAM ƏLIYEV ŞIRKƏT RƏHBƏRINI IŞDƏN ÇIXARDI
Prezident İlham Əliyev M.Ə.Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Məmməd Əhməd oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilsin.