Lavrov bu gün Ərdoğanla görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 23-ü axşam saatlarında Ankaraya gedib.Lavrovun fevralın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır. Gündəliyə Rusiya-Ukrayna müharibəsi, regional problemlər və ikitərəfli münasibətlər daxil olacaq. Türkiyənin hökumət mətbuatı qeyd edir ki, görüş Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə təsadüf etdiyi üçün son dərəcə əhəmiyyətlidir və indi […]

Ombudsman 2024-cü il üzrə məruzəsini təqdim etdi

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2024-cü il üzrə məruzəsi hazırlanıb. Cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında […]

Erməni deputatın ölümü – qəza yoxsa qətl? – ŞƏRH

Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Mher Saakyanın ölümündən bir aydan çox vaxt ötüb. Amma bu günə qədər  də onun başına nə gəldiyi, avtomobilin hansı şəraitdə dərəyə yuvarlandığı və deputatın necə öldüyü aydın deyil. Maraqlıdır ki, İstintaq Komitəsi bu günə qədər də təyin olunmuş ekspertizalarla bağlı rəyləri hələ də almayıb. Qısacası, […]

Türkiyə XİN: Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırıq

Türkiyə öz ərazisində Ukrayna ilə bağlı sülh danışıqlarını təşkil etməyə hazırdır. Bunu ölkənin xarici işlər naziri Hakan Fidan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununa dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, sülh yolu ilə nizamlanma münaqişənin hər iki tərəfinin – Rusiya və Ukraynanın iştirakı ilə həyata keçirilməlidir. “Biz hər […]

Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının […]

Sabah ölkə üzrə bütün pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub. Bu barədə fond məlumat yayıb. “Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək […]

İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmkarı Alar Karisi bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra […]

Deputatlar fevralın son günü toplaşır – Gündəlikdə 16 məsələ var

Milli Məclisin növbəti plenar iclasının tarixi açıqlanıb. Cari ayın son günü, yəni fevralın 28-də plenar iclas keçiriləcək.  İclasda 16 məsələ müzakirə olunacaq: 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş). 2. “Aviasiya haqqında” Azərbaycan Respublikasının […]

Almaniyanın kansleri postuna namizəd KİMDİR…

Ötən Almaniyada keçirilən erkən parlament seçkilərinin ilkin nəticələrinə görə, mühafizəkar Xristian Birlik partiyaları (CDU/CSU) qalib gəlib. Xristian Demokrat Birlik (CDU) partiyasının lideri Fridrix Mers yeni hökuməti sürətlə qurmaq istədiyini bildirib. Mers Almaniya siyasətinə yad bir sima deyil. O, siyasi karyerası boyunca daim mühafizəkar mövqeyi ilə seçilib. Xüsusilə miqrasiya qanunlarını sərtləşdirmək […]