Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür. Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin […]

Prezident İlham Əliyev: Azad olunan ərazilərdə bərpa edilən şəhər və kəndlərin sayı 15-ə çatıb

İşğaldan azad edilən ərazilərdə bərpa edilən şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə məlumat verib. Prezident İlham Əliyev deyib: “Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına […]

Fidan: Türkiyə Azərbaycanın regionda sülh ilə bağlı səylərini alqışlayır

Türkiyə Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün təmin edilməsi istiqamətindəki səylərini alqışlayır.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib. “Cənubi Qafqazdakı vəziyyət hər iki ölkəyə təsir edir. Ankara və Moskva Cənubi Qafqaz regionunda sülh prosesinə dəstəklərini ifadə edirlər. Biz həmçinin Azərbaycanın regionda […]

Sahil Babayev: “Subsidiya sistemi və məhsul subsidiyası genişləndiriləcək”

Azərbaycanda subsidiya sistemi və məhsul subsidiyası genişlənməsi üzrə işlər aparılır. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, 2024-cü ildə kənd təsərrüfatı sektoruna 1,1 milyard manat vəsait […]

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib. Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı […]

Almaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: “Cənab Prezident. 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha […]

Özbəkistan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri planlaşdırılır. Prezident bu barədə İlham Əliyevə təbrik məktubunda bildirib. “Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaq”, – məktubda qeyd olunub.

İğdırda ağır qəza: Naxçıvandan olan 5 nəfər yaralanıb

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub. “Report”un yerli bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.