Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz […]
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib, Prezident İlham Əliyev qarşılayıb
Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın […]
Azərbaycan XİN İraqa başsağlığı verib
dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq”, – deyə paylaşımda qeyd edilib. Qeyd edək ki, İraqın Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər həlak olub, üçgünlük matəm elan edilib.
Səməd Bəşirli: “Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir”
Pakistan və Azərbaycan regional əməkdaşlıq, ticarət və investisiyaların inkişafına diqqət yetirməklə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq qalmaqda davam edirlər. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslamabada səfəri çərçivəsində Pakistanın federal rabitə naziri Abdul Alim Xanla görüşdə bildirib. A.Xan vurğulayıb ki, Pakistanın Azərbaycanla uzunmüddətli dostluğu mühüm strateji üstünlükdür. O, Pakistanın Hindistanla münaqişəsi […]
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 2,3 % azalaraq 72,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,01 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Bakıxanov qəsəbəsinin bəzi hissəsində işıq olmayacaq
Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, iyulun 17-də Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla […]
Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı
Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və qızı Oquldjaxan Atabayevanın Prezident İlham Əliyev və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşü olub. Leyla Əliyeva həmin görüşdən fotolar paylaşıb. Fotoları təqdim edirik:
Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb.Bu barədə “Axios” yüksək səviyyəli Amerika rəsmisinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp administrasiyası İsrailə gərginliyi azaltmaq üçün Suriya hökuməti ilə dialoqa başlamağa çağırış edib.
Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə (MM) gəlib. MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları spiker Sahibə Qafarova qarşılayıb. Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə […]
İmamoğlu bu iş üzrə 1 il 8 ay həbs cəzası aldı
İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsində İstanbul baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlərə görə davam etdirilən məhkəmə işində hökm oxunub. İmamoğluna 1 il 8 ay həbs cəzası verilib. O, “terrorla mübarizədə əməyi olan şəxsləri hədəfə almaq” maddəsi ilə ittiham olunduğu iş üzrə isə bəraət alıb. Qeyd edək […]