“>https://azadmedia.az/uploads/posts/2025-11/1762253265_tignlnat5ekqidkkzp7oma1beipi7lqmtukfsa.png[/img][/center] Azərbaycan-İran sərhədində gələn aylarda yeni keçid məntəqəsi açılacaq. Bunu “Report”un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib. O qeyd edib ki, hazırda İran və Azərbaycan arasında dörd keçid məntəqəsi – Astara, Biləsuvar, Culfa və Şahtaxtı-Poldəşt fəaliyyət göstərir: “Gələn aylarda isə daha bir keçid məntəqəsi […]
Maştağa və Albalılıqda işıq olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Azərişıq ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş […]
Paşinyan iki qüvvəni zəiflədir – II Qareginin yaya çıxması çətinləşir – ŞƏRH
Ötən gün ümumerməni katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan həbs olunub. Onların vəkili Ara Zoqrabyan sosial şəbəkədəki səhifəsində bildirib ki, 68 yaşlı ata Nersisyan və oğlu xuliqanlıq və təşviqat kampaniyasına maneə törətməkdə ittiham edilirlər. Məlumata görə, ata və oğul barəsində şikayət ərizəsini qərbpərəst Respublika Partiyasının […]
Dörd milyonluq dələduzluqda ittiham olunan Nizami Alışana hökm oxunub
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən son söz deyib. O, media nümayəndələrinə […]
Prezident: Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır
Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib. “Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il […]
Sabah Bakıya leysan yağış yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
II Qareginin qardaşı və qardaşı oğlu saxlanılıb
Katolikos II Qareginin qardaşı Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılaraq dindirilib. Bu barədə Ermənistan mediası onların vəkili Ara Zohrabyana istinadən məlumat yayıb. Vəkilin sözlərinə görə, hər iki şəxs saxlanıldıqdan sonra dindirilib və ifadələrinin videogörüntüsü istintaq orqanına təqdim olunub. “Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılıblar. Onlar ifadə […]
Nazirlik çağırış etdi – Təşvişə düşməyin
3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik […]