Türkiyəli məşhur müğənni Ebru Gündeş İraqdan olan iş adamı Rassan Xoşnəv ilə eşq yaşadığını təsdiqləyib. Münasibətlərini hamıdan uzaq tutan müğənninin sevgilisi Rassan Xoşnəvlə fotosu sosial şəbəkədə yayılıb. Cütlüyün fotosu sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Qeyd edək ki, Ebru Gündeş əslən cənubi azərbaycanlı olan iş adamı Rza […]
“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” – Ceyhun Bayramov
Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını müxtəlif bəhanələrlə uzatmağa davam edir.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində bildirib.XİN rəhbəri bölgədə kommunikasiya baxımından ən məhdud imkanlara sahib ölkənin Ermənistan olduğunu, buna görə də Zəngəzur dəhlizinin reallaşmasının digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmli olduğunu vurğulayıb.
Prezident yol tikintisinə pul ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün […]
Bu həftə Bakı, Sumqayıt, Abşeronda pensiyalar ödəniləcək
İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək
Beynəlxalq Mətbuat Mərkəzi bağlanır
“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur. Dogrusoztv.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1054 Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına bildirə bilərlər.
Bu yollarda sıxlıq var – SİYAHI (YENİLƏNİB)
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi […]
Formula 1 üçün ən bahalı bilet neçəyədir?
Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir. Ən bahalı biletlər VİP xidmətlər daxil olan Formula 1 Paddok Klubunda təklif edilir. Belə ki, Paddok Klubunda 1 günlük biletin qiyməti 1760 manat, iki günlük biletin qiyməti 7930 manat, 3 günlük biletin qiyməti isə 9130 manat […]
Hacıyev-Sallivan danışıqları: ABŞ və Azərbaycan nəyi “bölüşdürürlər”? – TƏHLİL
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdədir. Hikmət Hacıyev səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Rusiya-Ukrayna müharibəsinin uzanması, dünyada humanitar böhranın yaranması, enerji resurslarına baxışların redaktə edilməsi ABŞ və Britaniyanı region ölkələri ilə dil tapmağa və əməkdaşlıqda yeni səhifələr […]
Azərbaycanlı zəvvarların NƏZƏRİNƏ: Uçuş tarixləri BİLİNDİ
Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb. Bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir: “Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”. QMİ rəsmisi qeyd edib […]
Azərbaycanda yeniyetmə qızı ərə verirlər
Sabirabad rayonu Qəzli kəndində erkən nikaha cəhd müəyyən olunub. Bu haqda Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. Məlumata görə, toy iyunun 8-də baş tutacaqdı. Qızın kimliyi, neçə yaşı olduğu hələki məlum deyil. Əlavə məlumat üçün qeyd edək ki, bu sözügedən kənddə ikinci erkən […]