Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib. Qeyd edək ki, dünən Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri başlayıb.
Türkiyə və Gürcüstanın XİN rəhbərləri Azərbaycana səfər edəcəklər
Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri […]
Aİ və ÜST-ün Avropa Regional Ofisi Azərbaycanda COVID-19-a qarşı peyvəndləməni dəstəkləmək üçün səylərini birləşdirir
Avropa İttifaqı (Aİ) və ÜST-nin Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Doğrusöztv.Az-ın məlumatına görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq. Layihə Avropa […]
Əfv komissiyası 100-dən artıq müraciətə baxıb
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.
İndoneziya-Azərbaycan əlaqələrinin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm – Səfir
İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. Doğrusöztv.Az xəbər verir ki, bunu İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli […]
Prezident İlham Əliyev: Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var
Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya […]
Nazirlər Kabineti Milli Məclisə illik hesabat təqdim edəcək
Nazirlər Kabineti Milli Məclisdə illik hesabatını təqdim edəcək. Doğrusöztv.Az-ın məlumatına görə, hesabatın martın 16-da təqdim olunacağı nəzərdə tutulur.
Prezident İlham Əliyev: Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk
Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan […]
ANAMA-ya həkim qəbuluna başlanılıb
Səhiyyə Nazirliyi həkimlərin işə qəbulunu elan edib. Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Ağentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, […]
Azərbaycan Prezidenti: Strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq
Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında deyib. Dövlət başçısı bildirib: “Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir – biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm […]